Zəka səviyyəsini artıran qidalar

Edilən araşdırmalar nəticəsində qidalanma mütəxəssisləri zəka səviyyəsini artırmağa kömək edən qidaları sıralayıb.

Metbuat.az xəbər verir ki, xüsusilə inkişaf dövründə olan uşaqlar üçün bu bəhs edilən qidalar son dərəcə əhəmiyyətlidir.

Kartof

Qan şəkərini tarazlı bir şəkildə qaldıran kartof bu təsirinə görə zəkanı daha yaxşı istifadə etməmizə kömək edir. Amma bişirmə texnikası olaraq qızartmadan uzaq durmaq faydalıdır.

patates

Səhər yeməyi

Günə başlayarkən səhər yeməyi yemək çox vacibdir. Səhər yeməyi yeyənlərin digər insanlara nisbətən daha məhsuldar və uğurlu olduqları bilinir. Bunun üçün süd, pendir və ya yumurta kimi protein baxımından zəngin qidaları səhər yeməyi menyunuza əlavə edin.

yumurta

Qırmızı soğan

Qırmızı soğan quercetin adlı kompenent baxımından zəngin bir qidadır. Bu komponent isə yaddaşı gücləndirir və unutqanlığın qarşısını alır. Hamilələrin və inkişaf dövründə olan uşaqların bol-bol yeməsi məsləhət görülür. Qoxusundan narahat olmamaq üçün bişirərək də yeyə bilərsiniz.

iStock-944631206

Yağsız qırmızı ət

Son dərəcə güclü bir dəmir qaynağı olan qırmızı əti həftəlik qidalanma planınıza daxil edin. Qırmızı ət beyinin inkişafına ciddi şəkildə kömək edir.

kırmızı et

http://metbuat-az.com/news/1103527/atasi-ovladi-qi...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR