İkardi "İnter"dən 8 milyon istəyir - Müqavilə yeniləmək üçün

"İnter" bu mövsümün sonunda "Real"a keçidi gözlənilən Mauro İkardiyə yeni müqavilə təklif etməyə hazırlaşır.

Metbuat.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, argentinalı hücumçunu əldən buraxmaq istəməyən Milan təmsilçisi onun maaşını da yüksəltməyi düşünür. Amma 25 yaşlı forvardı saxlamaq elə də asan olmayacaq. Çünki İkardi "İnter"dən illik 8 milyon avro məvacib tələb edir. Klub rəhbərliyi hələlik futbolçunun bu istəyilə ilə bağlı mövqeyini açıqlamayıb.

Qeyd edək ki, "Real"ın İkardinin təzminat məbləği olan 110 milyon avronu ödəməyə hazır olduğu iddia olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR