Rəcəb Tayyib Ərdoğan İstanbulda Petro Poroşenko ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Ukraynalı həmkarı Petro Poroşenko ilə görüşüb.

Metbuat.az Anadolu agentliyinə istinadla xəbər verir ki, prezidentlərin 1 saat 15 dəqiqə çəkən təkbətək danışıqları mətbuata qapalı olub. Rusiya KİV-lərinin yaydığı məlumata görə, dövlət başçıları strateji əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə ediblər.

Yanvarın 5-də Türkiyəyə səfər edən Petro Poroşenko Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyi üçün Ərdoğana minnətdarlığını bildirib. Prezidentlər Rusiyada mühakimə edilən ukraynalıların, o cümlədən Krım tatarlarının azad olunması ilə bağlı tədbirləri nəzərdən keçiriblər.

Rəcəb Tayyib Ərdoğan və Petro Poroşenko Türkiyə ilə Ukrayna arasında iqtisadi-ticarət və investisiya əməkdaşlığında müsbət dinamikanı, həmçinin qarşılıqlı turist axınının artmasını qeyd ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR