Fransada “sarı jilet”lər aksiyasının səkkizinci mərhələsi keçirilib

Fransada “sarı jilet”lər aksiyasının səkkizinci mərhələsi keçirilib.

Metbuat.az xəbər verir ki, Paris şəhər meriyası qarşısından başlayan aksiyanın iştirakçıları Milli Assambleyadan keçərək, Yelisey çölləri prospektinə toplaşıb. Ölkə üzrə 4 min polisin səfərbər olunduğu bildirilir.

Etiraz aksiyaçılarının prezident Emmanuel Makrona ünvanladıqları açıq məktub hökumət tərəfindən sərt qarşılanıb. Onlar aksiya iştirakçılarını hakimiyyəti devirmək istəməkdə mühakimə ediblər. Polisə qəti tədbirlər görmək və əyalətlərdə əsas avtobanlarda toplaşan etiraz aksiyaçılarını dağıtmaq tapşırılıb.

Yanvarın ikinci yarısında aksiyaçıların tələbləri ilə bağlı milli debatların başlayacağı bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR