Tramp “Apple”in rəhbərinə istehsalatı Çindən ABŞ-a keçirməyi təklif edib

ABŞ Prezidenti Donald Tramp “Apple” korporasiyasının rəhbəri Tim Kuka məhsullarının istehsalını Çindən Birləşmiş Ştatlara keçirməyi təklif edib.

Metbuat.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə “Ağ ev” rəhbəri özü açıqlama verib: “Apple” möcüzəvi kompaniyadır. Lakin unutmayın ki, “Apple” öz məhsullarını Çində istehsal edir. Mən yaxın dostum, Tim Kuka məhsullarını Birləşmiş Ştatlarda istehsal etməyi, gözəl istehsalat meydançaları tikməyi təklif etdim”. Prezident kompaniya rəhbərinin bu təklifə necə yanaşdığı barədə bir söz deməyib.

“Çin “Apple” kompaniyasından böyük, bizdən də çox gəlir götürür”, - deyə Tramp əlavə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR