“Taliban” “Əl-Qaidə”dən uzaqlaşaraq İrana yaxınlaşır - Pentaqon

“Bəzi orta və aşağı səlahiyyətli “Taliban” liderləri tərəfindən göstərilən məhdud dəstək istisna olmaqla, “Əl-Qaidə” və “Taliban” arasında heç bir strateji bağ qalmayıb”.

Metbuat.az Ordu.az-a istinadən xəbər verir ki, bu barədə Pentaqon tərəfindən yayımlanmış hesabatda məlumat verilib.

Məlumatda bildirilib ki, “Taliban” “Əl-Qaidə”dən uzaqlaşmağa çalışır və ABŞ-a Əfqanıstandan yönəlmiş “Əl-Qaidə” təhlükəsi getdikcə azalır.

“Sağ qalmış bir neçə “Əl-Qaidə” üzvü həyatda qalmağa çalışmaqla məşğuldur. Bunun yerinə isə İran və “Taliban” yaxınlaşmağa başlayıb. İran “Taliban”a silah, partlayıcı qurğu, təlim, maliyyə və siyasi yardım təmin edir”, - deyə hesabatda bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR