Bakıda "Range Rover"i qarət etdilər - FOTO

Bakıda "Range Rover"i qarət etdilər - FOTO
09:42 14 Yanvar 2015
148 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda "Range Rover" markalı avtomobil qarət olunub.

APA-nın məlumatına görə, hadisə Əmircan qəsəbəsinin Zülal Tağıyev küçəsində baş verib. İki nəfər naməlum şəxs rayon sakini Elxan Səfərova məxsus “Range Rover” markalı avtomobilə girərək maşının saxlanc yerini sındırıb oradakı mobil telefonu, sənədləri və avtomobilin müxtəlif ehtiyat hissələrini oğurlayıblar. Naməlum şəxslərin avtomobilə girdiyini zərərçəkmişin qonşusu görüb və bu barədə Elxan Səfərova məlumat verib.
 
Ümumilikdə zərərçəkmişə 2 min manat dəyərində ziyan vurulduğu bildirilir. Zərərçəkmiş faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə müraciət edib. Bölmənin təhqiqatçısı Rasim Seyidov bildirib ki, cinayəti törətməkdə şübhəli bilinən şəxslərin əl-barmaq və avtomobilin salonundakı qan izlərinin nümunələri götürülüb. Hazırda cinayəti törədən şəxslərin axtarışları davam edir.
 
Milli.Az









RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR