Aleksandr Səmədov "Spartak"dan getdi

"Spartak" futbolçusu Aleksandr Səmədovla yolları ayırıb.

Metbuat.az-ın Moskva təmsilçisinin saytına istinadən yaydığı xəbərə görə, Azərbaycan əsilli yarımmüdafiəçi ilə bu ilin yayında başa çatacaq müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Qeyd edək ki, "Spartak"ın yetirməsi olan A.Səmədov əsas komanda ilə ilk oyuna 2002-ci ilin noyabrında çıxıb. 2005-ci ildə "Spartak"dan ayrılan 34 yaşlı oyunçu 2017-ci ildə yenidən bu kluba qayıtmışdı. O, Moskva təmsilçisində 109 matçda 15 qol vurub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR