NATO Rusiyaya raketlərin ləğvi müqaviləsinə qayıtması üçün vaxt verdi

NATO Rusiyaya qısa və orta mənzilli raketlərin ləğvi müqaviləsinə qayıtması üçün vaxt verib.

Metbuat.az-ın xarici KİV-lərə istinadən məlumatına görə, Hərbi Alyansın baş katibi Yens Stoltenberq bəyan edib ki, Moskva fevral ayına qədər üzərinə düşən öhdəlikləri yerinə yetirməsə qurum bəzi addımlar atmaq məcburiyyətində qalacaq.

Qeyd edək ki, Amerika Birləşmiş Ştatları da Moskvanı müqavilənin şərtlərini pozmaqda ittiham edərək, sənəddən çıxa biləcəyini bəyan edib. Rəsmi Moskva isə müqavilənin şərtlərini pozmadığını irəli sürür.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR