Parisdə polislər etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə ediblər

Fransa polisi Parisdə "sarı jiletlər"in keçirdiyi etiraz aksiyasının iştirakcılarına qarşı gözyaşardıcı qazdan istifadə ediblər.

Metbuat.az-ın Trendə istinadən məlumatına görə, insident Sena çayının sahilində baş verib. Parisdə etiraz aksiyalarında azı 3,5 min insan iştirak edir.

Bildirilir ki, polislərin etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə etməsinə səbəb aksiya iştirakçılarının hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş və butulka atmaları olub.

Bundan əlavə, hüquq-mühafizə orqanlarının əməkdaşları Bove şəhərində etirazçılar tərəfindən edilən provokasiyarldan sonra aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə ediblər. Bu şəhərdə etiraz aksiyalarında 600-ə yaxın insan iştirak edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR