Cəbhədə son durum

Cəbhədə son durum
09:42 14 Yanvar 2015
156 Digər
Ölkə mətbuatı
A- A+

Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 66 dəfə pozulub.

Milli.Az Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, erməni silahlı bölmələri Ermənistan Respublikasının Noyemberyan rayonunun Şavarşavan və İcevan rayonunun Azatamut kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli və Cəfərli kəndlərində, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Tərtər rayonunun Çiləbürt, Çaylı, Qızıl Oba, Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Şuraabad, Kəngərli, Qaraqaşlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino kəndləri, Füzuli rayonunun Horadiz şəhəri, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/318936.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR