Çin “bombaların anası”nı sınaqdan keçirdi

Çin dövləti “bombaların anası” adı ilə tanınan “GBU 43/B” adlı bombanı sınaqdan keçirib.

Sınaqdan keçirilən bomba Çin dövlətinə məxsus NORİNCO şirkəti tərəfindən hazırlanıb. Bombanın sınaqdan keçirilməsi ilə bağlı görüntülər sosial şəbəkədə paylaşılıb.

“GBU 43/B” adlı bomba əsasən ABŞ dövlətinə məxsus olsa da, Çin bu bombanın eynisini yaradıb. 'Mother of All Bombs' adlandırılan bu bombaya qısaca olaraq MOAB da deyirlər.

Görüntülərdə bomba sınağı “H-6K” bombardmançı təyyarə tərəfindən həyata keçirildiyi müşahidə edilib. Görüntülər Çinin dövlət televiziyasında "Dağıdıcı gücü ilk dəfə olaraq ictimaiyyətə göstəririk" başlığı ilə yayımlanıb.

Məlumatlarda bu bombanın nüvə silahlarından sonra ikinci böyük dağıdıcı gücə sahib olması da vurğulanıb. Bu bombanın tonlarla ağırlığı olduğu üçün təyyarə yalnız bir ədədini daşıya bilir.//Müsavat.com

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR