Bakıda evakuator avtobusla toqquşub

Bu gün saat 17 radələrində Binəqədi-Balaxanı yolunda nəqliyyat hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, "Qazel" markalı nəqliyyat vasitəsini daşıyan təxliyyə avtomobili 108 B nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusla

Bakı Nəqliyyat Agentliyinin (BNA) əməkdaşları hadisə yerinə yollanıb və araşdırmalara başlanılıb. Qəza zamanı avtobusun sürücüsü və bir nəfər sərnişin xəsarət alıb.

İlkin məlumata görə, hadisə təxliyyə avtomobili sürücüsünün dönmə əməliyyatını düzgün icra etməməsi səbəbindən baş verib. Hadisənin dəqiq baş vermə səbəbi müvafiq qurumların araşdırmasından sonra məlum olacaq.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR