Stavropolda qəzaya düşən Azərbaycan vətəndaşlarının həyatı üçün təhlükə yoxdur

Rusiyanın Stavropol diyarında qəzaya düşən Azərbaycan vətəndaşlarının həyatları üçün təhlükə yoxdur.

Metbuat.az-ın trend.az-a istinadən verdiyi məlumata götə, bunu Səhiyyə Nazirliyinin diyar üzrə nümayəndəsi deyib.

"Hal-hazırda xəstəxanada üç böyük və bir uşaq var. Onların müxtəlif sınıqları var, əməliyyata ehtiyyac yoxdur, həyatları üçün bir təhlükə yoxdur" - deyə nümayəndə bildirib.

Qeyd edək ki, bu gün Stavropolda 13 Azərbaycan vətəndaşını daşıyan mikroavtobus qəzaya uğrayıb.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR