Sabunçuda iki avtomobil qaçıran yeniyetmə saxlanılıb - FOTOLAR

Sabunçu rayonu Balaxanı qəsəbəsində yaşayan İfadə Mehdiyev ona məxsus “Hundai” markalı avtomobilin evinin qarşısından naməlum şəxs tərəfindən qaçırıldığı barədə 12-ci Polis Şöbəsinə məlumat verib.

DİN Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, dərhal Şöbədə araşdırmalara başlanılıb hadisə yerinə baxış keçirilib və qeyd edilən oğurluq hadisəni törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan 2004-cü il təvəllüdlü İ.H saxlanılıb. O, ifadəsində avtomobili talama məqsədi ilə yox, sürmək üçün qaçırdığını bidirib.

Araşdırma zamanı saxlanılan şəxsin dekabr ayının 16-da Balaxanı qəsəbəsində yaşayan Elvin Xeyrullayevə məxsus “Opel” markalı avtomobili qaçırdığı da məlum olub.

Saxlanılan şəxs barəsində 12-ci Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Azərbaycanda rektor VƏFAT ETDİ - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR