Qarabağa qanunsuz səfər edən fransız homoseksualı bu hala saldılar - FOTO

Ermənistan mediasında Fransadan olan homoseksualın Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində döyüldüyü haqda məlumat yayılıb.

Metbuat.az teleqraf.com-a istinadən xəbər verir ki, məsələ ilə bağlı erməni hüquq müdafiəçisi Artak Beqlaryan açıqlama verərək, bunu təkzib edib.

LGBT icmasına bağlı “Çəhrayı Ermənistan” (“Pink Armenia”) təşkilatı isə məlumat yayaraq, Ermənistan tərəfindən işğal edilmiş Qarabağ ərazisində zorakılığa məruz qalmış fransız homoseksualın fotolarını paylaşıb.

Məlumata görə, Yeni İl bayramı ilə əlaqədar Ermənistana səfər edən Fransa vətəndaşı Ceyms Mark ermənilər tərəfindən işğal edilmiş Azərbaycanın Qarabağ bölgəsində də olub. Homoseksualın geyim və davranışlarından qəzəblənən separatçılar ona qarşı zorakılığa əl atıblar.



“Gey çaqqal” deyərək, Qarabağa gələn homoseksualı “sillə-təpiyə“ qonaq ediblər.

“Pink Armenia” məsələ ilə əlaqədar Ermənistan polisinə müraciət edib. Polis isə bunun “yalan iddia” olmasını əsas gətirərək, işi icraata götürməkdən imtina edib.

Azərbaycanda rektor VƏFAT ETDİ - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR