Qabon ordusu radiostansiyanı ələ keçirən hərbçiləri dəstəkləmir

Qabon ordusu dövlət radiostansiyanı ələ keçirən və milli bərpa şurası yaradıldığını elan edən hərbçiləri dəstəkləmir.

Bu barədə RFI radiosunun Afrika şöbəsi Qabon Silahlı Qüvvələrindəki mənbəyə istinadla məlumat yayıb.

Bu gün səhər məlumat verilmişdi ki, bir qrup hərbçi Qabonun paytaxtı Librevildə radionu tutaraq ölkə prezidenti Əli Bonqo Ondimbanın hərəkətlərinin təəssüf doğurduğu və milli bərpa şurası yaradıldığı barədə bəyanat səsləndirib. Ordudakı mənbə bildirib ki, hakimiyyətə loyal qüvvələr ölkədə bütün strateji obyektləri nəzarətə götürüblər, radiostansiya isə mühasirəyə alınıb. Güc strukturları hələlik radionu ələ keçirən hərbçilərə qarşı qüvvə tətbiq etmir.

RFİ radiosunun məlumatına görə, Librevildə atəş səsləri eşidilib. Şəhərdə internet və sosial şəbəkələr bağlanıb, bir neçə rayona elektrik enerjisi verilmir.

Qabon prezidenti Əli Bonqo Ondimba oktyabrın 24-dən Ər-Riyadda xəstəxanaya yerləşdirilmişdi. Onun insult keçirdiyi bildirilir. Hazırda 59 yaşlı prezidentin müalicəsi Marokkoda davam etdirilir.//AzərTAc

Azərbaycanda rektor VƏFAT ETDİ - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR