Ölkəyə narkotik keçirmək istəyən İran vətəndaşları həbs edilib - FOTOLAR

“Biləsuvar” dövlət sərhədindən buraxılış məntəqəsində Azər­bay­cana gələn İran vətəndaşları, 1991-ci il təvəllüdlü Oghba Tooraj Hassanali və 1980-cı il təvəllüdlü Bigham Chouploujeh Arash Esfandyarın üzərinə baxış keçiri­lərkən daxili orqanlarından ümumilikdə 392 qram narkotik maddə olan “heroin” aşkar olunub.

Dövlət Sərhəd Xidmətidən Metbuat.az-a verilən məlumata görə, narkotik vasitələrin sifarişçisinin müəyyənləşdirilməsi və cinayət mə­suliy­yətinə cəlb edilməsi istiqamətində Xidmətin əmək­daş­ları tərəfindən DİN orqanları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbir­ləri nəticəsində Azərbaycan vətən­daşı Bakı şəhəri Əmircan qəsəbə sakini 1969-cu il təvəllüdlü Məmmə­dov Danil Səfərəli oğlu saxlanılıb.

Fakt üzrə cinayət işi başlanılmış, qeyd olunan şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunub, barələrində “həbs” qətimkan tədbiri seçilib. Cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Azərbaycanda rektor VƏFAT ETDİ - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR