Laçınlı çağırışçılar hərbi xidmətə yola salındılar - FOTOLAR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Laçın rayon bölməsində “Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 26 noyabr 2018-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar gənclərin müddətli həqiqi hərbi xidmətə təntənəli yolasalınma mərasimi keçirilib.

Xidmətdən Metbuat.az-a verilən xəbərə görə, tədbirdən əvvəl rayonun ictimaiyyət nümayəndələri Ulu Öndər Heydər Əliyevin Laçın Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında ucaldılmış büstünü ziyarət edib, abidə önünə tər güllər düzərək ehtiramlarını bildiriblər. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsinin rəisi, polkovnik-leytenant Fərman Məmmədov bildirib ki, bu gün gənclər böyük ruh yüksəkliyi ilə hərbi xidmətə yola düşürlər. Əminlik ifadə olunub ki, onlar vətənimizin ərazi bütövlüyünü qorumaq kimi müqəddəs borcu şərəflə yerinə yetirəcəklər.



Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev rayonun müvafiq qurumlarının nümayəndələrinin, yeniyetmə və gənclərin, müharibə veteranlarının, ziyalıların, ictimaiyyətin nümayəndələrinin, valideynlərin iştirakı ilə keçirilən tədbirdə çıxış edənlər Azərbaycan ordusunun hazırda regionun ən güclü ordusu olduğunu xüsusi qeyd ediblər.



Tədbirdə iştirak edən çağırışçıların valideyinləri övladlarını hərbi xidmətə yola salmaqlarından qürur duyduqlarını bildirib, çağırışçılara uğurlar arzulayıblar. Bədii hissə ilə davam etdirilən tədbirdə çağırışçılar üçrəngli Dövlət Bayrağını öpərək təntənə ilə hərbi hissələrə yola salınıblar.

Azərbaycanda rektor VƏFAT ETDİ - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR