"Başı belə kəsərlər", deyib dostunun boğazını üzdü

Şimali Kipr Türk Cümhuriyyətində dəhşətli cinayət hadisəsi qeydə alınıb.

Metbuat.az publika.az-a istinadən xəbər verir ki, Həsən Polad Səbətçioğlunun Fevzi adlı dostu ilə arasında parkda mübahisə düşüb.

Mübahisə nəticəsində Fevzi birlikdə spirtli içki qəbul etdiyi dostunun başını kəsib. Hadisəni məhkəməyə olay zamanı orada olan Alpaslan Quşçu danışıb. O, bildirib ki, həddən artıq spirtli içki qəbul edib sərxoş olan Fevzi birdən ona "Bax gör baş necə kəsilir" deyib və dostunun başını bıçaqla kəsib. Daha sonra bıçağı mərhumun belinə saplayıb.

Cinayətkarın barəsində ömürlük həbs cəzası tələb edilib.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR