“iPhone” smartfonunun köməyi ilə kompüterləri idarə etmək olacaq

“iPhone” smartfonunun köməyi ilə kompüterləri idarə etmək olacaq
09:56 14 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

“App Store” mağazasında “Chrome Remote Desktop” mobil tətbiqi peyda olub. Sözügedən tətbiq "alma" cihazlarının köməyi ilə öz kompüterinə uzaq məsafədən qoşulmağa və hətta onu telefondan idarə etməyə imkan verir.

"ICTnews" elektron xəbər xidməti “dni.ru” saytına istinadən bildirir ki, “Google” şirkəti çoxdan mobil qurğuların köməyi ilə kompüteri uzaq məsafədən idarə etməyə qərar vermişdi. Bundan ötrü “Chrome” brauzerinə əlavə və “iPhone” və “iPad” qurğularına tətbiq quraşdırmaq lazımdır. Quraşdırmadan sonra altırəqəmli parol təyin etmək lazımdır ki, yalnız siz öz kompüterinizə giriş edə biləsiniz.

Birbaşa telefon və ya planşetdən kompüterdəki sənədləri açmaq, brauzerdə, müxtəlif proqramlarda işləmək olar. Qoşulma sürəti, hətta filmlərə baxmağa imkan verir, amma səs eşidilmir.

Emil Hüseynov
 

 
 


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-34742-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR