"Qəbələ" "Kuban"la qarşılaşacaq

"Qəbələ" "Kuban"la qarşılaşacaq
09:57 14 Yanvar 2015
180 İdman
Ölkə mətbuatı
A- A+

Mövsümün ikinci yarısına Antalyada hazırlaşan “Qəbələ”nin daha bir sınaqçı rəqibi müəyyənləşib. Fanat.az xəbər verir ki, “qırmızı-qaralar” təlim-məşq toplanışının ikinci mərhələsində ilk yoxlama oyununu Rusiyanın “Kuban” klubuna qarşı keçirəcək. 

Krasnodar təmsilçisi ilə oyun yanvarın 23-də baş tutacaq. Bu matç rusiyalıların məşq keçdiyi “Bellis” idman kompleksinin stadionunda baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə 13.00-da başlayacaq.

Rusiya Premyer Liqasında çıxış edən “Kuban” 1928-ci ildə yaradılıb. Ötən mövsüm çempionatı 8-ci yerdə başa vuran Krasnodar təmsilçisi cari çempionatda da qış fasiləsinə 8-ci pillədə yollanıb. 

Qeyd edək ki, ilk yoxlama oyununda Hollandiyanın PSV klubunun ikinci komandası ilə 0:0 hesablı heç-heçə edən “qırmızı-qaralar” bu gün Türkiyə “Eskişəhərspor”u ilə üz-üzə gələcək. “Kuban”la matçadək baş tutacaq digər iki oyun isə yanvarın 17-də keçiriləcək. Həmin gün "Qəbələ" "Vorskla" və "Tobol"la (Qazaxıstan) qarşılaşacaq. Yanvarın 25 və 27-də "Haladaş" (Macarıstan) və "Altınəsr"lə (Türkmənistan) üz-üzə gələcək.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqblquot-quotkubanquotla-qarlaacaq-t18787.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR