"Bir İnstaqramlıq canı olan insanların sayı çoxdur" - Murad Əzimzadə

Məşhurların son zamanlarda sosial mediaya olan marağı göz qabağındadır. Eyni zamanda sosial media üzərindən məşhurlaşanlar da az deyil.

Metbuat.az xəbər verir ki, teleaparıcı Murad Əzimzadə də bu mövzuya toxunaraq öz sosial media hesabında video paylaşıb. Aparıcı “dostlar təsəvvür edin ki, İnstaqram yoxdur. Görün nə qədər model, fotomodel, aktrisa, aktyor, viner və s. bu qəbildən olan insanlar yoxa çıxacaqlar. Bir İnstaqramlıq canı olan insanların sayı çoxdur. İnstaqramdaki izləyicilərinin sayına görə yekəxanalıq edirlər amma yekəxanalıq etmək olmaz çünki bir gün İnstagram olmaya bilər” sözlərini deyərək bir çoxlarına söz atıb.

Qeyd edək ki, videonu izləyənlər də aparıcı ilə eyni fikirdə olduqlarını bildiriblər.

Sözügedən videonu sizə təqdim edirik:


“Seda mənə zəng vurdu...” - Mina “O səs”dən niyə getdi?



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR