Ötən gün Antalyada "Xəzər Lənkəran" rəhbərliyi ilə klubun keçmiş baş məşqçisi Oğuz Çetin arasında görüş keçirilib.
Milli.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, klub prezidenti Mais Mənsimov "Xəzər Lənkəran"da hər kəsin Oğuz Çetinin gəlişinə sevindiyini və onun komanda üçün doğma şəxs olduğunu vurğulayıb. Oğuz Çetin isə "Xəzər Lənkəran"ı ziyarət etməkdən məmnunluq hissi duyduğunu bildirib.
Qeyd edək ki, görüşə həmçinin Türkiyə yığmasının qapıçısı Volkan Dəmirəl də qatılıb. Rəhbərliklə görüşdükdən sonra Oğuz Çetin komandanın futbolçuları ilə də görüşüb.
Milli.Az
Milli.Az