“Qarabağ qaziləri” amputant futbol federasiyasının əlillərdən ibarət qaziləri Bakıya dönüb - FOTOLAR

Yanvarın 3-də Türkiyənin veteranlardan ibarət “Türk Silahlı Qüvətləri” amputant futbol komandası ilə yoldaşlıq görüşü keçirən Azərbaycanın “Qarabağ qaziləri” amputant futbol federasiyasının əlillərdən ibarət qarabağ qaziləri bu gün Bakıya dönüb.

Metbuat.az xəbər verir ki, fedarasiyanın rəhbəri Rövşən Akif oğlu və Qazilər daha sonra Fəxri Xiyabana gələrək müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər, məzarı önünə gül dəstələri düzüblər. Daha sonra Şəhidlər xiyabanını ziyarət ediblər. Onlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə güllər düzüblər. Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk Şəhidliyi” abidəsidə ziyarət edilib.

Təntənəli qarşılanma mərasimində “Qarabağ qaziləri” amputant futbol federasiyasının rəhbəri Rövşən Akifoğlu bildirib ki, biz daima Ali baş komandanın tapşırıq və tövsiyələrini ürəklə əməl edir, bu yolda addımlayırıq. Ehtiyatda olan polkovnik-leytenant Elmar Hüseynov çıxış edərək bildirib ki, Ankarada “Altındağ” stadionunda keçirilən oyundan əvvəlcə Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu hər iki komandanın futbolçuları ilə görüşüb. Azərbaycan komandası səfər çərçivəsində Türkiyənin veteranlardan ibarət “Türk Silahlı Qüvvələri” amputant futbol komandası ilə yoldaşlıq görüşü keçirib. Oyun 4:4 hesablı heç-heçə ilə başa çatıb.

Qeyd olunub ki, Türkiyədə səfərdə olan Azərbaycanın “Qarabağ qaziləri” amputant futbol federasiyasının nümayəndələri və milli komandanın üzvləri daxili işlər naziri Süleyman Soylu ilə də görüşüblər. Vurğulanıb ki, “Qarabağ qaziləri” amputant futbol federasiyasının nümayəndələri və milli komandanın üzvləri Ulu Öndərin Ankarada ki, abidəsini və Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün Ankarada dəfn olunduğu məqbərəni - Anıtqəbiri də ziyarət ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR