Gürcüstanda güclü qar yağacağı barədə xəbərdarlıq edilib

Yanvarın 9-da Gürcüstanın dağlıq ərazilərində güclü qar, uçqun təhlükəsi, Qara dəniz sahillərində isə 4-5 ballıq qasırğa olacaq.

Metbuat.az Azərtaca istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Ətraf Mühit üzrə Milli Agentliyi xəbərdarlıq yayıb. Məlumatda deyilir ki, Gürcüstanın dağlıq və dağətəyi bölgələrində hava şəraiti kəskin dəyişəcək. Güclü qar yağacaq, çovğun olacaq, yollarda güclü duman gözlənilir. Güclü qar səbəbindən yollarda qar uçqunu və torpaq sürüşməsi ehtimalı var.

Qara dəniz sahillərində isə 5 bal gücündə qasırğa olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR