​Ermənistanda 10 nəfərdə donuz qripi aşkar edilib

Ermənistanda 10 nəfərdə donuz qripi aşkar edilib.

Metbuat.az-ın məlumatına görə, Ermənistan səhiyyə naziri səlahiyyətlərini icra edən Liana Torosyan faktı təsdiqləsə də, vəziyyəti adiləşdirməyə çalışıb. “Gəlin, buna “donuz qripi" deməyək.

Hazırda Avropada olduğu kimi, Ermənistanda da adi H1N1 virusu yayılıb” - deyə, o qeyd edib. Ermənistan Səhiyyə Nazirliyinin məlumatına görə, yanvarın 8-də "donuz qripi" simptomları ilə 642 vətəndaş poliklinikalara müraciət edib. Onlardan 597-nə tənəffüs yollarının iltihabı diaqnozu qoyulub.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR