Bu qaydalara əməl edin, sağlam arıqlayın - 1 aya 5 kq...

Artıq çəkinizdən sağlam şəkildə xilas olmaq istəyirsiniz?

Metbuat.az xəbər verir ki, qışa formada girmək və sağlam arıqlamaq üçün gündəlik həyatda etdiyiniz bəzi vərdişləri dəyişməlisiniz.

Mütəxəssis dietoloqlar deyir ki, arıqlamağın ən yaxşı yolu pəhriz zamanı şəkəri menyudan çıxartmaqdır. Mağazadan aldığınız dondurulmuş yeməklər, çörəklər və bunun kimi bir çox qidanın tərkibində gizli şəkər var. Buna görə, məhsul almazdan əvvəl tərkibini oxuyun.

Arıqlamağı qarşınıza məqsəd qoymusunuzsa, paketlənmiş və hazır qidaları almayın. Təzə meyvə-tərəvəzlərdən yeyin.

Kalori yandırmaq üçün pəhrizlə yanaşı idmanla da məşğul olun.

Araşdırmalara görə, yüksək miqdarda su içən adamların içməyənlərə görə daha sürətlə arıqladıqları sübut olunub.

Alkoqollu içkiləri həyatınızdan çıxarın. Çoxlu süd için. Kalsiumla zəngin olan südün arıqlamağa kömək etdiyi sübut edilib.

Kökəlməyin qarşısını almaq üçün yeməklərinizi evdə bişirin.

Araşdırmalara görə, qırmızı bibər maddələr mübadiləsini sürətləndirir və yağ yandırır. Çəki atmağınıza yardım edəcək ədviyyatları yeməklərinizdən əksik etməyin.

Qeyd edək ki, bu qaydalara əməl etməklə 1 aya 5 kq arıqlaya bilərsiniz.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR