Putini qəzəbləndirəcək qərar

Putini qəzəbləndirəcək qərar
10:01 14 Yanvar 2015
127 Dünya
Ölkə mətbuatı
A- A+

Amerika Birləşmiş Ştatları Ukrayna iqtisadiyyatına dəstək olmaq məqsədilə bu ölkəyə 2 milyard dollar məbləğində borc verəcək. Lakin bunun üçün rəsmi Kiyev bəzi maliyyə islahatları keçirməlidir. ANS PRESS-in məlumatına görə, Ağ Evin mətbuat katibi Coş Örnst bu barədə açıqlama verib.

Coş Örnst: “Hökumət Ukrayna xalqına borc verməyə hazırdır. Biz Ukrayna iqtisadiyyatının qarşıılaşdığı çətinliklər barədə dələfələrlə müzakirə aparmışıq. Prezident artıq bu ölkəyə kömək etmək üçün münasibət vaxtın yetişdiyini düşünür”

“Borc məsələsinə gəlincə isə, diqqətinizi maliyyə nazirliyinin bugünkü bəyanatına çəkmək istəyirəm. 2015-ci ilin ilk yarısında Ukraynaya bir milyard dollar verməyi nəzərdə tuturuq. Ukrayna iqtisadi islahatları davam etdirəcəyi təqdirdə isə, daha bir milyard dolların da bu ölkəyə köçürülməsi mümkündür”

Ağ Evin qərarın Konqresdə də öz təsdiqini tapmalıdır. Qərara qarşı müxalif olan qanunvericilər isə, azlıq təşkil edir.
Bir qədər əvvəl Avropa Birliyi də Ukraynaya 2.1 milyard dollar məbləğində maliyyə vəsaiti göstərəcəyinə vəd vermişdi.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR