Sərbəst güləşçilərimiz Mahaçqalada təlim-məşq toplanışındadır

Sərbəst güləş üzrə Azərbaycan yığması yeni ilin hazırlıqlarına start verib. Millimizin ilk təlim-məşq toplanışını ölkə xaricində - Mahaçqalada təşkil olunub.

Metbuat.az-ın məlumatına görə, komandamız baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Zəlimxan Hüseynov, məşqçilər Arif Abdullayev və Sadruddin Ayqubovun rəhbərliyi ilə hazırlıq keçirlər.

Yerli güləşçilərlə birgə baş tutan toplanış yanvarın 20-dək davam edəcək. Turnirlərə daha yaxşı hazırlaşmaq üçün təşkil olunan təlim-məşq toplanışı başa çatdıqdan sonra yığmamız bir sıra yarışlarda iştirak edəcək.

Günün ulduz falı - 9 YANVAR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR