Şok video: Britni Spirsin bacısı bıçaqla dava ayırdı - VİDEO - FOTO

Şok video: Britni Spirsin bacısı bıçaqla dava ayırdı - VİDEO - FOTO
10:05 14 Yanvar 2015
225 Maraqlı
Ölkə mətbuatı
A- A+

Tanınmış amerikalı müğənni Britni Spirsin kiçik bacısı Ceymi Linn ABŞ-ın Luiziana ştatındakı Hammond şəhərindəki "Pita Pit" kafesindəki davanı yatırmağa çalışıb.
 
Milli.Az TMZ-yə istinadən bildirir ki, "Nickelodeon" telekanalının sabiq ulduzu, 23 yaşlı aktrisa və müğənni C.Linn dava edənləri bıçaqla hədələyərək onları ayırıb.
 
Kafedə dava gecə saatlarında başlanıb. Spirs rəfiqəsi ilə şam yeməyi yeyərkən bir neçə gənc arasında dava düşüb. Dava zamanı dalaşanlardan biri Ceymi Linnin rəfiqəsinin başına pivə butulkası vurub.
 
Bunu görən Spirs kafenin mətbəxinə qaçıb, oradan bıçaq götürərək dalaşanları hədələyib, "Ayrılın! Dayanın!" qışqırıb.
Hadisə yerinə polis çağırılıb. Ceymi Linnin rəfiqəsi ciddi xəsarət almadığından onu vuran şəxsdən polisə şikayətlənməyib.
 
Milli.Az
 
















Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/318931.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR