“Azəriqaz” 251 mindən çox istehlakçıya xidmət edib

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 2018-ci il ərzində Bakı şəhəri üzrə 1 və 2 saylı “ASAN Kommunal”, 4, 5 saylı “ASAN xidmət” mərkəzlərinə və “Səyyar ASAN” xidmətinə, bundan əlavə Bərdə, Sabirabad, İmişli, Masallı, Qəbələ, Quba, Mingəçevir, Şəki həmçinin Gəncə şəhərində yerləşən “ASAN Xidmət” mərkəzlərinə ümumilikdə 251 542 müraciət daxil olub.

“Azəriqaz” İstehsalat Birliyindən Metbuat.az-a verilən məlumata görə, bu müraciətlərin icrası tam təmin edilib.

İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə İstehsalat Birliyi bu istiqamətdə fəaliyyətini bundan sonrada davam etdirəcək.

2 gün yağış, qar yağacaq - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR