“Charlie Hebdo” həftəliyi türk dilində də nəşr olunacaq

“Charlie Hebdo” həftəliyi türk dilində də nəşr olunacaq
10:08 14 Yanvar 2015
112 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 14 yanvar /Trend/

“Charlie Hebdo” həftəliyinin bu nəşrə edilən terror hücumundan sonra ilk dəfə işıq üzü görəcək ilk nömrəsi Türkiyədə türk dilində dərc olunacaq. Bu nömrə yanvarın 14-də çap olunacaq. Bu barədə çərşənbə günü Trend “Anadolu” agentliyinə istinadən xəbər verir.

Qeyd edək ki, radikal islamçı dairələrlə əlbir olduqları ehtimal edilən terrorçular yanvarın 7-də Parisdəkli həftəlik “Charlie Hebdo” satirik jurnalına hücum edərək 12 nəfəri güllələyiblər. Yanvarın 9-da isə yəhudilərə məxsus mağazada 20 nəfəri girov götürərək onlardan 4-nü öldürüblər. Terror aktları ilə bağlı Fransada 16 nəfər saxlanılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2352894.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR