Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb - FOTOLAR

Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Xudat şəhər sakini, 35 yaşlı Zaur Əliyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Metbuat.az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən Z.Əliyevin üzərinə keçirilən baxış zamanı ondan bir ədəd kağız bükümdə çəkisi 1,378 qram olan qurudulmuş marixuana aşkar edilib.

Zaur Əliyevin ətrafında aparılan tədbirlərlə onun şəhər ərazisində yerləşən evinin yaxınlığında narkotik maddə gizlətdiyi də məlum olub. Hal şahidlərinin iştirakı ilə həmin əraziyə baxış zamanı orada yerləşən dəmir borunun içərisindən sellofan torbada ümumi çəkisi 435 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Z.Əliyev narkotik vasitələrinin istifadəçisi olduğunu və aşkar edilmiş qurudulmuş marixuananı şəxsi istifadəsi üçün gizlətdiyini bildirib.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR