Novruz bayramı ərəfəsində əfv ola bilər

“İndiyə kimi olan təcrübələrə baxsaq görərik ki, mart ayında cənab prezidentin əfv sərəncamları olub. Yalnız ötən il əfv cümhuriyyətin 100 illiyi ilə əlaqədar may ayına təsadüf edib. Ondan əvvəlki illərdə bir qayda olaraq Novruz bayramı ərəfəsində əfv sərəncamı verilib".

Metbuat.az azvision.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.

Onun sözlərinə görə, Novruz bayramı ərəfəsində əfv ola bilər: "Bununla bağlı son qərarı cənab prezident verir. İndidən qəti fikir söyləmək doğru olmaz".

Ə.Nuriyev, həmçinin qeyd edib ki, Əfv Məsələləri Komissiyası fasiləsiz iş aparır, sənədlər qəbul olunur və müvafiq arayışlar hazırlanır.

Qeyd edək ki, dövlət başçısı ötən il mayın 24-də əfv sərəncamı imzalayıb. Sərəncam ümumilikdə 634 məhkuma şamil olunub.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR