Pentaqon səmasında piramida formalı YADPLANETLİ GƏMİ - VİDEO

Vaşinqton sakini Aleks Dyud ABŞ müdafiə nazirliyinin baş qərargahı olan Pentaqon yaxınlığından keçəndə qəribə video çəkib.

Metbuat.az ölkə.az-a istinadən xəbər verir ki, hadisə 2018-ci ilin 19 dekabr tarixində baş verib. Aleks uzaqdan səmada qeyri-adi obyekt görüb. Bu obyekt göydə asılı vəziyyətdə olub və piramida şəklində görünüb. Əvvəlcə Aleks elə başa düşüb ki, bu, pəncərəyə vuran işıq şüasıdır. Amma sonradan Pentaqon binasının yaxınlığından keçəndə həqiqətən də səmada iri piramida formasında bir obeyktin sallandığını görüb.

Səma qaranlıq olduğu üçün piramidanı çətinliklə görümək olur. Amma onun ölçüləri kifayət qədər nəzərəçarpan və dəqiqdir. Aleksin fikrinə görə, piramida ölçüsünə və formasına görə Misirdəki məşhur Xeops ehramını xatırladıb.

Qeyd edək ki, bənzər piramida 2009-cu ildə Moskvada, Kreml səmasında da lentə alınıb.


Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR