Şimali Koreya prezidenti Çindən öz ölkəsinə xüsusi qatarla geri dönür

Şimali Koreya prezidenti Kim Çen In Çin səfərini başa vuraraq ölkəsinə geri dönür.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Kim Çen In yerli vaxtla saat 14:02-də Pekin dəmir yolu vağzalından Şimali Koreyaya məxsus olan xüsusi qatarla ölkəsinə yola düşüb. Qatarın yanvarın 10-da Çin-Şimali Koreya sərhədini keçəcəyi ehtimal edilir.

Qeyd edək ki, Kim Çen In Çin Xalq Respublikasının sədri Si Cinpinin dəvəti ilə yanvarın 7-də qatarla Çinə gedib. Şimali Koreya və Çin liderlərinin görüşündən sonra ziyafət təşkil edilib. Məlumata görə, ziyafət Şimali Koreya liderinin 35 yaşının qeyd olunduğu günə təsadüf edib.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR