İsrailin eks nazirinə 11 il həbs cəzası verildi

İsrailin keçmiş enerji və infrastruktur naziri Qonen Seqev 11 il müddətinə həbs cəzasına məhkum edilib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, o, İranın lehinə casusluq etməkdə günahlandırılır.

Qeyd edək ki, 1992-1995-ci illərdə nazir olan eks millət vəkili Seqev 2012-ci ildən İranın lehinə casusluq etməkdə və müharibə zamanı düşmənə kömək etməkdə günahlandırılaraq ötən ilin iyununda tutulub. İstintaq müəyyən edib ki, eks nazir altı il müddətində Tehrana bir neçə dəfə gizli səfər edib və dünyanın bir çox ölkələrindəki İran əməliyyatçıları ilə görüşlər keçirib.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR