Hərbi Prokurorluğun nümayəndələri hərbi qulluqçularla görüş keçiriblər

Bu gün Azərbaycan Respublikası Hərbi Prokurorunun böyük köməkçisi - mətbuat xidmətinin rəhbəri, ədliyyə müşaviri Firad Əliyev və Sumqayıt hərbi prokuroru, ədliyyə polkovniki Zöhrab Kazımov N saylı hərbi hissənin hərbi qulluqçuları qarşısında İnsan hüquqlarının qorunması, Korrupsiyaya qarşı mübarizə, Həyat və sağlamlıq əleyhinə olan cinayətlər, Hərbi xidmət əleyhinə olan cinayətlər və sair mövzularda geniş çıxışlar ediblər.

Metbuat.az xəbər verir ki, bu haqda Hərbi Prokrorluğun Mətbuat xidmətinin rəhbəri, ədliyyə müşaviri Firad Əliyev məlumat verib. Firad Əliyev və Zöhrab Kazımov tədbir çərçivəsində hərbi qulluqçuların suallarını cavablandırıb və onların qayğı, problemləri ilə maraqlanıblar.

Qeyd edək ki, belə tədbirlər Hərbi Prokurorluğun rəhbər işçilərinin, ərazi hərbi prokurorluqlarının əməkdaşlarının və müvafiq hərbi qurumların rəhbər heyətinin nümayəndələrinin iştirakı ilə mütəmadi olaraq həyata keçirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR