Müğənni Rəqsanə İsmayılova özünə yeni prodüser seçib. Lent.az-ın məlumatına görə, ifaçı bildirib ki, həmkarı Günay İbrahimlinin keçmiş prodüseri Sevinc Hüseynova ilə çalışacaq: “Sevinc bizim komandaya gəldi, xeyirli-uğurlu olar. Amma, əzizlərim, sabah başqa-başqa sözlər yazılmasın. Mən Günayı çox istəyirəm, onun hər uğuruna sevinirəm. Günayla heç bir problemim yoxdur. Öz əziyyəti ilə tanınmaq çox çətindir. Bir insan digərinin yanında daim ola bilmir. Çünki həyat belə müvəqqətidir. Əsas Allah ruzi-bərəkətimizi bol etsin. Bu günümüzə çox şükür”.