Bakı metrosunda nasazlıq, qatarlar gecikir

Metroda qatarların hərəkətində problem yaranıb.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Metbuat.az-a bildirib ki, hadisə bu gün saat 19.30 radələrində metronun "Həzi Aslanov" stansiyasında baş verib:

"Stansiyadakı yol ayrıcında texniki nasazlıq yaranıb. Nəticədə bütün xətt üzrə qatarları qəbul etmək mümkün olmayıb. Qatarların hərəkətində dayanma olmasa da, intervalda 5-7 dəqiqə gecikmə yaranıb. Hazırda problemin aradan qaldırılması ilə bağlı tədbirlər görülür".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR