Ağdaşda altı otaqlı ev yanıb

Ağdaşda altı otaqlı ev yanıb.

Metbuat.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Yuxarı Ləki kəndində ümumi sahəsi 280 m² olan kürsülü, birmərtəbəli 6 otaqlı evin dəhlizinin, mətbəxinin və 2 otağının tavanı 32 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR