BMT Təhlükəsizlik Şurası Ukraynada sərnişin avtobusunun atəşə tutulması ilə bağlı bəyanat verib

10:17 14 Yanvar 2015
95 Dünya
Ölkə mətbuatı
A- A+

[ 14 Yanvar 2015 10:11 ]

Bakı – APA. BMT Təhlükəsizlik Şurası Ukraynanın Donetsk vilayətinin Volnovaxa rayonu ərazisində sərnişin avtobusunun atəşə tutulmasını pisləyib və hadisənin ədalətli araşdırılmasına çağırıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bəyanatda deyilir ki, obyektiv təhqiqat aparıldıqdan sonra bu məşum cinayətin icraçılarını məsuliyyətə cəlb etmək lazımdır. 

 

Hadisə ilə bağlı ABŞ DÖvlət Departamenti də bəyanatla çıxış edərək məsuliyyəti Rusiya tərəfindən dəstəklənən separatçıların üzərinə qoyub. Ukrayna prezidenti Pyotr Poroşenko isə ölkədə növbəti səfərbərlik keçiriləcəyini elan edib.

 

Xatırladaq ki, yanvarın 13-də Volnovaxa yaxınlığında sərnişin avtobusu separatçıların artilleriya atəşinin hədəfinə çevrilib. Nəticədə 12 dinc sakin ölüb, 17-si yaralanıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368988

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR