18 yaşlı qızın cəsədi məzarından “gəlin olmaq” üçün oğurlandı

Çinin şimalında bir ailə 18 yaşında vəfat etmiş qohumlarının məzarını ziyarət etdikdə gözlərinə inana bilməyiblər.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, məzar qazılmış və içindəki cənazə oğurlanıb. Təxminən 20 il əvvəl ölən qızın cəsədi müasir cənazə mərasimi ilə dəfn edilib. Hadisə ilə bağlı araşdırma başladan polis Çinin kənd ərazilərində həyata keçirilən və “Ölü gəlinlər” adlanan qeyri-adi ənənədən şübhələnir.

“Ruh evliliyi” adlanan bu qəribə ənənəyə görə, cəsədlərgəlinlik geydirilərək evləndirilir. Bu sayədə ölən şəxsin ruhunun hüzur tapdığına inanılır.

Bu ritual xüsusilə toyuna az bir zaman qalmış ölən gənc qızların və oğlanlar üçün tətbiq olunur.

Bu ənənə 2006-ci ildən Çində qeyri-qanuni qəbul edilir.

https://metbuat.az/news/1107284/mona-liza-tablosun...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR