Sosial şəbəkələr BOŞANMALARA gətirir - Vəkil AÇIQLADI

Azərbaycanda internetin insanların həyatına, onların tənha qalmasına, eləcə də boşanmasına təsiri güclənəcək”.

Bu sözləri mediaya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov bildirib. O, internetin inkişafı ilə əlaqədar olaraq, Azərbaycandakı tənha insanların sayının arta və internetin boşanma prosesinə olan təsirinin güclənə biləcəyindən narahatlığını qeyd edib.

Məsələylə bağlı Metbuat.az-a açıqlama verən Vəkillər Kollegiyasının üzvü, vəkil Xəyal Bəşirov bildirib ki, son illər baş verən boşanmaların ən əsas səbəblərindən biri də sosial şəbəkələrdir:

“Bununla bağlı müraciət edən cütlüklər çoxdur. Onların arasında həyat yoldaşının Feysbukdakı bəyəni və şərhlərinə görə boşanan bəylər də olub. İnternetin boşanmalarda çox böyük rolu var. Çox insan deyir ki, boşanmaların əsas səbəbi maddi problemlərdir. Düzdür, dünyada maddi problemlərə görə boşanan cütlüklər çoxdur. Ölkəmizdə isə cütlüklər boşanarkən çox vaxt həyata baxışlarının fərqli olduqlarını səbəb göstərirlər.

Mental dəyərlərimiz zamanla sırdan çıxır. Məsələn, kişi deyir ki, qadın niyə sosial şəbəkələrdə olmalıdır?! Qadın da deyir ki, bu, onun hüququdur. Cütlüklər arasında bu şəkildə yaranan münaqişə çox vaxt boşanmayla nəticələnir. Cəmiyyətimizin mənəvi dəyərləri var. İstəsək də, avropalılar kimi yaşaya bilmərik. Avropanın texniki üstünlükləri və digər dəyərlərini götürə bilərik. Lakin bizdə qadın istədiyi hər şey edə bilməz. Düzdür, cəmiyyətin bir hissəsi bunu qəbul edə bilər, amma çoxluq etməz.

Bu gün kişilərlər müqayisədə, qadınlar məhkəməyə boşanmayla daha çox mürciət edirlər. Çünki kişilər boşanmağı özlərinə sığışdırmırlar”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Mənzil bazarında qiymətlər BAHALAŞIB - Ekspertdən ŞƏRH – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR