Məşhur professordan çay içənlərə ŞOK XƏBƏRDARLIQ: Qənd əvəzinə yağ və duz...

Məşhur professordan çay içənlərə ŞOK XƏBƏRDARLIQ: Qənd əvəzinə yağ və duz...
17:53 10 Yanvar 2019
Ölkə mətbuatı
A- A+

Türkiyəli professor Canan Karatay sağlamlıq və qidalanma ilə bağlı paylaşdığı fikirlərlə daim gündəmdə qalır. Professor sonuncu açıqlaması ilə yenə də insanları təəccübləndirməyi bacarıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu dəfə C.Karatay yeməkdən sonra çay içənlərə xəbərdarlıq edib.

Gün ərzində dəfələrlə çay içənlərə şəkər asılılığına qarşı diqqətli olmağı tövsiyə edib.

“Tez-tez çay içirsinizsə, onun içərisinə şəkər əvəzinə kərə yağı əlavə edin. Şəkər bədənin müqavimət qabiliyyətini azaldır. Odur ki, şəkər ehtiyacını meyvə qəbulu ilə təmin edin. Meyvə və tərəvəzlərin təbii olmasına diqqət edin. Almanın içərisində qurd varsa, demək o əlavə dərmanlara məruz qalmayıb. Həmin alma daha sağlamdır. Dəmir insan bədəni üçün vacibdir. Yeməkdən dərhal sonra çay içmək bu maddənin bədəndə təsirini azaldır. Ona görə də çay əvəzinə su için”.

Qeyd edək ki, C. Karatay bundan əvvəl duzun bədən üçün əhəmiyyətindən danışmışdı. O hətta suya belə duz əlavə edilməsini məsləhət görmüşdü.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sehiyye/265775.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR