"Mançester Yunayted" Mourinyoya təzminat ödədi - 15 milyon funt-sterlinq

"Mançester Yunayted" müqaviləsini vaxtından əvvəl ləğv etdiyi üçün sabiq baş məşqçisi Joze Mourinyoya 15 milyon funt-sterlinq təzminat ödəyib.

Metbuat.az-ın məlumatına görə, portuqaliyalı mütəxəssisin artıq başqa klublarla danışıqlara başlaya biləcəyi vurğulanıb.

"Jozenin Mançester Yunayted"lə müqaviləsində heç bir problem qalmadı. Hər şey həll olundu. Mourinyo narahat deyil. O, artıq işləyə bilər, ancaq tələsmir" - deyə Mourinyoya yaxın mənbə bildirib.

Qeyd edək ki, 55 yaşlı məşqçinin Mançester təmsilçisi ilə müqavilə müddəti 2020-ci ilin yayına qədər idi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR