​Ermənistanda hərbi çağırışçıların olduğu avtobusa hücum edilib

Ermənistanda çağırışçıları hərbi komissarlığa aparan avtobusa hücum edilib.

Metbuat.az yerli mənbələrə istinadən məlumat verir ki, bir qrup gənc avtobusdakı komissarlıq nümayəndəsini döyüb. Onlar sürücüyə də xəsarət yetiriblər. Bundan başqa onlar yolda nəqliyyatın hərəkəti üçün təhlükəli vəziyyət yaradıb, ictimai asayişi pozub, eləcə də Müdafiə Nazirliyinin maşınına ciddi ziyan vurublar.

Güman edilir ki, etirazçılar gənclərin əsgər aparılmasına qarşı çıxdığına görə, belə addım atıblar. Hadisə barədə araşdırma aparılır.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR