Bobko: ""Qəbələ"yə keçidim mümkündür"

Bobko: ""Qəbələ"yə keçidim mümkündür"
10:22 14 Yanvar 2015
128 İdman
Ölkə mətbuatı
A- A+

“Qəbələ”nin maraq dairəsində olan İvan Bobko “Çernomorets”lə yollarını ayırıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu barədə futbolçunun özü Ukrayna mətbuatına açıqlama verib.
  
Odessa klubuna təşəkkür edən 24 yaşlı yarımmüdafiəçi sabiq baş məşqçisi Roman Qriqorçukun çalışdırdığı “Qəbələ”yə keçmək variantının olduğunu təkzib etməyib:

““Çernomorets” rəhbərliyinə və azarkeşlərinə minnətdaram. Bu klubun heyətində unudulmaz illər keçirdim. Komandaya olan sevgimi sözlə ifadə edə bilmirəm. Azərbaycandan təklif aldığım doğrudur. Roman Qriqorçuk amilini nəzərə alsaq, “Qəbələ”yə keçidim mümkündür. Eşitdiyim qədərilə, “Qəbələ” ambisiyalı komandadır”.
  
Qeyd edək ki, “Çernomorets”in yetirməsi olan Bobko 2007-ci ildən əsas komandada çıxış edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/318947.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR