Ötən il 150 yaşayış məntəqəsinə təbii qaz verilib

Ötən il 150 yaşayış məntəqəsinə təbii qaz verilib
10:22 11 Yanvar 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası məqsədi ilə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təxirə salınmaz işlər həyata keçirilib.

Birlikdən Trend-ə verilən məlumata görə, əhali istehlakçılarının mənzillərində istismar edilən istismar müddəti başa çatmış sayğaclar yenisi ilə əvəz olunması işləri aparılmış, yeni qaz kəmərləri çəkilib və istismara yararsız vəziyyətdə olan qaz avadanlıqları yeniləri ilə əvəz edilib.

İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün Birlik tərəfindən 2018-ci il ərzində 3192,7 km yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 526,6 km qaz kəməri əsaslı təmir olunub. Ötən il ərzində aparılan tikinti-quraşdırma işləri nəticəsində Ağstafa, Ağcabədi, Astara, Ağdaş, Ağsu, İsmayıllı, İmişli, Bərdə, Tərtər, Tovuz, Zərdab, Zaqatala, Kürdəmir, Qax, Quba, Qəbələ, Qobustan, Qusar, Şabran, Siyəzən, Şəmkir, Şamaxı, Şəki, Göyçay, Göygöl, Goranboy, Gədəbəy, Oğuz, Ucar, Xaçmaz, Beyləqan, Bərdə, Daşkəsən, Yevlax, Yardımlı, Lerik, Lənkəran, Sabirabad, Saatlı, Salyan, Neftçala, Cəlilabad və Masallı rayonları üzrə 150 yaşayış məntəqəsi, Ağdam, Ağcabədi və Sabirabad rayonlarında məcburi köçkünlərin məskunlaşdığı 4 qəsəbə qazlaşdırılaraq təbii qazla təmin edilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/3004128.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR